lider-media.az

Dövlət qulluğunda test imtahanına qeydiyyat başlayıb

Baxış: 204 Tarix: 21-08-2024, 15:58

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 22-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, imtahan verəcək namizədlərin qeydiyyatı sentyabrın 12-dək aparılacaq. İmtahan kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanda iştirak üçün ödəniş tarifləri və üsulları haqqında məlumat DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahana gəlməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi