lider-media.az

Rəşad Məcidin 60 illik yubileyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

Baxış: 281 Tarix: 21-08-2024, 14:09

Gənclər Kitabxanası yazıçı Rəşad Məcidin 60 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı, jurnalist, Əməkdar mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin 60 illik yubileyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, Əməkdar mədəniyyət işçisinin həyat və yaradıcılığından bəhs edən sərgidə onun müəllifi olduğu kitablar, məqalələr, müsahibələr təqdim edilib.

Virtual sərgidə Prezident İlham Əliyevin sərəncamları ilə Rəşad Məcidin Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında məlumatlar öz əksini tapıb. Rəşad Məcidin bədii, ictimai, publisistik fəaliyyətindən bəhs edən “Bütün yönləri ilə yaradıcı insan – Rəşad Məcid” adlı virtual sərgidə yazıçının “Roman”, “10 sentyabr”, “Səbəbi sənsən”, “Qələmsiz yazılanlar”, “Çiyələk qadın”, “Dəlicəsinə” və digər kitablarının qısa annotasiyası, dövri mətbuatda dərc edilən məqalələri nümayiş edilib.

Həmçinin kitabxananın sosial şəbəkələrində Rəşad Məcidin müəllifi olduğu və onun haqqında qələmə alınan kitablardan ibarət paylaşımlar da yer alıb.

Materialla kitabxananın rəsmi saytından tanış olmaq https://ryl.az/multimedia/resad-mecid mümkündür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi