lider-media.az

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə 3 beynəlxalq İSO sertifikatı təqdim edilib

Baxış: 419 Tarix: 21-08-2024, 12:16

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə üç beynəlxalq İSO sertifikatı təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə (DOST RİM) İSO 9001:2015 (“Keyfiyyəti idarəetmə sistemi”), İSO 20000-1:2018 (“İnformasiya texnologiyaları xidmətləri idarəetmə sistemi”) və İSO 27001:2022 (“İnformasiya təhlükəsizliyinin idarə olunması”) beynəlxalq sertifikatları təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, DOST RİM hər üç İSO üzrə bütün mərhələləri uğurla keçib, müvafiq istiqamətlərdə aparılan qiymətləndirmənin nəticəsi olaraq həmin standartlara layiq görülüb.

Mərkəzdə standartların idarəetmə sistemində tətbiqi, habelə informasiya təhlükəsizliyi və risklərin, innovativ yeniliklərin idarə edilməsi sistemlərinin yerli və beynəlxalq tələblərə uyğunlaşdırılması və yekun olaraq müəssisənin sertifikatlaşdırılması həyata keçirilib.

Həmin İSO sertifikatlarının tələblərinə əsasən, DOST RİM tərəfindən nazirliyin fəaliyyət sahələri üzrə e-xidmətlərin yaradılması və həmin e-xidmətlərin dayanıqlığı təmin olunub, İT proseslərində və əməliyyatlarında davamlı təkmilləşdirmə işlərinin aparılmasında keyfiyyətli idarəetmənin tətbiqi və s. təşkil edilib.

DOST RİM-in fəaliyyətinin İSO standartlarına uyğun qurulması Mərkəzin fəaliyyət sahələri üzrə görülən işlərin keyfiyyətinin daha da yüksəlməsində və innovasiyaların tətbiqi prosesinin, idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli rola malikdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi