lider-media.az

Rəqəmsal inkişaf və nəqliyyat naziri Bərdədə vətəndaşlarla görüşüb

Baxış: 257 Tarix: 20-08-2024, 15:58

Rəqəmsal inkişaf və nəqliyyat naziri Bərdədə vətəndaşlarla görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bərdə şəhərində yerləşən Telekommunikasiya Qovşağında vətəndaşlarla görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Goranboy, Xocalı, Xocavənd və Laçın rayonları sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda avqust ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi