lider-media.az

Naxçıvan ilə Türkiyə arasında enerji ixracına dair “Əməliyyat Müqaviləsi” imzalanacaq

Baxış: 275 Tarix: 20-08-2024, 12:02

 

Yaxın zamanlarda Naxçıvan Dövlət Energetika Xidməti ilə TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat Müqaviləsi”nin imzalanması planlaşdırılır.

Bu barədə Lider-media.az Azərbaycan İqtisadiyyat Nazirliyinin “Telegram” kanalına istinadən xəbər verir.

Xidmətin məlumatına görə, Türkiyə və Naxçıvan tərəfində olan ötürücü və paylayıcı yarımstansiyalar, elektrik verilişi xətlərinin mövcud vəziyyəti, sayğacların yerləşmə nöqtələri, rele-mühafizə sistemlərinin tətbiq sahələri, TEİAŞ və Xidmət arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat Müqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinə dair qarşılıqlı müzakirələr aparılıb.

Türkiyə-Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsi haqqında ENTSO (European Network of Transmission System Operators) tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) ötürməyə icazə verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi