lider-media.az

2024-cü ilin ilk Super Ayı müşahidə olunur

Baxış: 453 Tarix: 19-08-2024, 23:01

Bu ilin ilk Super Ayı müşahidə olunur

Avqustun 19-da saat 22:26-dan başlayaraq 2024-cü ilin ilk Super Ayı müşahidə olunur. Bu, Mavi Super Aydır.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu hadisə zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünür. Avqustun 19-da Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək. Bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 kilometr olur.

Ayın orbiti tam dairəvi deyil, elliptik olduğundan, Yerlə Ay arasındakı məsafə daim dəyişir. Ay öz perigeyində bədirlənmiş Ay fazasına uyğun gələrsə, o zaman Super Ay müşahidə olunur.

İlin sonunadək sentyabrın 18-də, oktyabrın 17-də və noyabrın 15-də də Super Ay müşahidə ediləcək.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi