lider-media.az

Vladimir Putin rus dilinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib

Baxış: 338 Tarix: 19-08-2024, 17:32

Vladimir Putin rus dilinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib

Rusiya Prezidenti Vladimir Putin rus dilinə göstərilən diqqətə görə azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkürünü bildirib.

Lider-media.az xəbər verir ki, Rusiya Lideri Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib: “Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Hiss edirik ki, Azərbaycan Respublikasının rəhbərliyi bu tendensiyanı hərtərəfli şəkildə dəstəkləyir. İlham Heydər oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdarıq”.

Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünün müzakirə olunduğunu vurğulayan Vladimir Putin əlavə edib: “Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəklədi. Ümidvaram ki, biz onu kifayət qədər tez həyata keçirəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi