lider-media.az

Rusiya Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub

Baxış: 281 Tarix: 19-08-2024, 14:05

 

Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub

Lider-media.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verib.

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi