lider-media.az

Türk Mədəniyyəti və İrsi Fondu Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktını pisləyib

Baxış: 249 Tarix: 16-02-2024, 14:43

Türk Mədəniyyəti və İrsi Fondu Fransanın Evian-le Bən şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın abidəsinə qarşı törədilmiş qeyri-etik hərəkətləri vandalizm aktı adlandırıb.

AZƏRTAC xəbər verir ki, Fondun sosial şəbəkə hesablarında paylaşılan bəyanatda deyilir: “Türk Mədəniyyəti və İrsi Fondu tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın Fransadakı heykəlinə qarşı qeyri-etik aksiyanı qətiyyətlə pisləyir, bunu qədim və zəngin Türk mədəni irsinə qarşı törədilmiş vandalizm aktı kimi qiymətləndirir”.

Həmçinin qeyd edilir ki, Fond bu kimi hərəkətlərin qarşısının alınması və dünyadakı türk mədəni irs nümunələrinin qorunub saxlanması lazımi səylərin göstərilməsini tələb edib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi