lider-media.az

nnn

Baxış: 134 Tarix: 19-08-2024, 12:50

Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində əlamətdar gün münasibətilə ayrı-ayrı nazirlik, komitə və şirkətlərdən, idarə və müəssisələrdən, ictimai təşkilatlardan, media nümayəndələrindən, cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərindən Dövlət Sərhəd Xidmətinə çoxsaylı təbriklər daxil olmuş, sosial şəbəkələrdə postlar paylaşılmışdır. 

Azərbaycan sərhədçisinin məsuliyyətli, bir o qədər də şərəfli xidməti ilə bağlı ünvanlanan təbriklərə, xoş sözlərə və səmimi arzulara görə minnətdarlığımızı bildiririk. 

Amalı ərazi bütövlüyü tam, suveren və bütöv vətən olan dövlətinə, xalqına və Müzəffər Ali Baş Komandanına sədaqətlə bağlı sərhədçilər bundan sonra da əzmlə xidmətini davam etdirəcək, sərhədlərimizi ən yüksək səviyyədə mühafizə və müdafiə edəcək, bu uğurda canını və qanını əsirgəməyəcəkdir!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi