lider-media.az

2024-cü il: müşahidələr tarixində ən isti yanvar ayı

Tarix: 16-02-2024, 13:57

2023-cü ilin çox hissəsində müşahidə olunan istiləşmə tendensiyası 2024-cü ildə də davam edib: yanvar müşahidələr tarixində ilin ən isti birinci ayı hesab olunub. Bu, artıq tarixdə ardıcıl olaraq ən isti səkkizinci aydır. Dəniz səthinin temperaturu on ay ərzində davamlı şəkildə rekord səviyyədə yüksək olaraq qalır.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bunu ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA), NASA, Avropa İttifaqının "Kopernik" proqramının iqlim dəyişikliyi Xidməti və Yaponiya Meteorologiya Agentliyinin araşdırmaları sübut edir. Bu, məlumatları Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən hesabatların tərtibində istifadə edilən altı mənbədən dördüdür. Yanvarda Yer qatına yaxın havanın orta aylıq temperaturu “sənaye dövründən əvvəlki dövr” adlandırılan 1850-1900-cu illərdəki orta yanvar göstəricisindən 1,66 dərəcə Selsi yüksək olub.

Bu, iqlim dəyişikliyi üzrə Paris Sazişində qarşıya qoyulmuş istiləşməni Selsi üzrə 1,5 dərəcə həddində saxlamaq məqsədinə artıq nail oluna bilməyəcəyi anlamına gəlmir: həmin sənəddə aylıq və ya illik artım deyil, bir çox illər ərzində uzunmüddətli istiləşmə haqqında deyilir. "Kopernik" proqramının iqlim dəyişikliyi Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvar ayında temperatur 1991-2020-ci illərdəki yanvar temperaturun orta səviyyəsindən 0,70 dərəcə Selsi daha yüksək və bundan əvvəlki 2020-ci ilin ən isti yanvar ayının temperaturundan 0,12 dərəcə Selsi daha yuxarıdır.

Yanvar ayında qlobal yağıntının miqdarı rekord dərəcədə yağıntılı dekabrdan sonra demək olar ki, ən yüksək olub. Şimali Amerika, Asiya və Avstraliya ərazisinin çox hissəsində yağıntılar həmişəkindən daha çox olub, eyni zamanda, Cənubi Afrika və Cənubi Amerikanın çox hissəsində yanvar daha quraqlıq şəraitində keçib.

El-Ninyo hadisəsinin təsiri Sakit Okeanının ekvator hissəsində zəifləməyə başlayıb, lakin ümumilikdə dəniz havasının temperaturu həmişəkindən daha yüksək səviyyədə olub.

ÜMT-nin “2023-cü ildə qlobal iqlimin vəziyyəti” adlı yekun hesabatı martın 23-də qeyd olunan Ümumdünya Meteorologiya Günü ərəfəsində dərc olunacaq. ÜMT artıq təsdiq edib ki, 2023-cü il antropogen iqlim dəyişiklikliyi və El-Ninyonun istiləşməsi səbəbindən müşahidələr tarixində ən isti il olub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi