lider-media.az

DSX: İkinci Fəxri xiyabanda və bölgələrdə şəhidlərin məzarları ziyarət edilib

Baxış: 351 Tarix: 16-08-2024, 15:18

 

Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində və antiterror tədbirləri zamanı şəhid olmuş sərhədçilərin əziz xatirələrinin anılmasına, qazilərimizə diqqət və qayğı göstərilməsinə xüsusi yer verilib. 

Lider-media.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri tərəfindən İkinci Fəxri xiyabanda və bölgələrdə şəhidlərin məzarları ziyarət edilib.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qazilərimizin və şəhadət zirvəsinə ucalmış şəhidlərimizin rəşadət və qəhrəmanlıq salnaməsi yazdıqları barədə danışılıb, onların Vətən yolunda bizlərə qələbə sevincini yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyi vurğulanıb.

Şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad olunub, məzarları ziyarət edilərək üzərinə gül dəstələri düzülüb.

Video link: https://youtu.be/nT9R6drAtfU?si=GPJTJYoh020GfVDP


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi