lider-media.az

Azərbaycan və İranın Belarusdakı səfirləri regiondakı vəziyyəti müzakirə ediblər

Baxış: 541 Tarix: 15-08-2024, 18:05

 

Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev İranın bu ölkədəki səfiri Əlirza Sanei ilə görüşüb.

Lider-media.az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

Görüş zamanı Azərbaycan səfiri iranlı həmkarına Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan tikinti və bərpa işləri barədə məlumat verib.

“Tərəflər ölkələrimiz arasında münasibətlərin cari vəziyyəti və perspektivlərini müzakirə edib, aktual beynəlxalq mövzular, regional vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi