lider-media.az

#hüquqikazus #cinayətprosessualhüquq #uşaqhüquqları - Qiyabi icraat aparıla bilərmi? (1)

Baxış: 464 Tarix: 15-02-2024, 19:21




Kazus: Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə istintaq olunan cinayət işi üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs A qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan qaçıb gizlənmişdir.

Müstəntiq qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və axtarışı barədə qərar qəbul edərək Cinayət-Prosessual Məcəllənin 53.1.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraatı dayandırmışdır.

Qərarın qəbul edilməsindən 4 ay keçməsinə baxmayaraq təqsirləndirilən şəxsin axtarışı nəticə verməmişdir. İcraatın dayandırılmasından narazı olan zərərçəkmiş şəxs cinayət təqibi üzrə icraatın qiyabi aparılmasına dair tədbirlərin görülməsi üçün istintaqa vəsatətlə müraciət etmişdir. 

Müstəntiq zərərçəkmiş şəxsin vəsatətinin təmin edilməməsi barədə qərar qəbul etmişdir.

Sual: Müstəntiqin qərarı qanunidirmi?

Cavab: Cinayət-Prosessual Məcəllənin 467-12.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın aparılmasına yol verilmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi