lider-media.az

RİNN-in sahibkarlara göstərdiyi xidmətlərdən birinin əhatə dairəsi genişləndirilib

Baxış: 255 Tarix: 15-08-2024, 15:14

 

Prezident İlham Əliyev 16 iyul 2024-cü il tarixli fərmanı ilə təsdiqlənmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edib.

Lider-media.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Sənədə əsasən, bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) kiçik və orta biznes evlərində sahibkarlara göstərdiyi avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşımanın təşkili) haqqında müqavilənin bağlanması xidməti Bakı şəhərinin inzibati ərazini də əhatə edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi