lider-media.az

Ekologiya və təbii sərvətlər nazirinin müavinlərinin sayı artırılıb

Baxış: 442 Tarix: 15-08-2024, 14:46

 

Ekologiya və təbii sərvətlər nazirinin müavinlərinin sayı artırılıb.

Lider-media.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.4-cü bəndinə “azad edilən” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə edilib.

Dəyişikliklə nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və üç müavini vardır. Nazir müavinləri, nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Bununla da nazir müavinlərinin sayı 4-ə çatdırılıb.

Qeyd edək ki, hazırda ekologiya və təbii sərvətlər nazirinin üç müavini var. Onlar Rauf Hacıyev, Vüqar Kərimov və Umayra Tağıyevadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi