lider-media.az

DYP hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Baxış: 238 Tarix: 15-08-2024, 10:39

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarədən bildirilib ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti növbəti günlərdə də davam edəcək.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması məqsədilə hərəkət iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə, xüsusilə şəxsi avtomobillə dağlıq və dağətəyi rayonlara səfər edən, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz havalarda sürət həddini minimuma endirməyə, yol şəraitini nəzərə almağa, hərəkət zamanı kifayət qədər ara məsafəsi saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi