lider-media.az

Yaş həddi ilə bağlı qulluq keçməsinə xitam verilmiş prokurorluq əməkdaşı döş nişanı ilə təltif olunub

Tarix: 14-08-2024, 22:06

Prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddinə çatmış Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi İlyaz Seyidov qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar avqustun 14-də Bakı şəhər prokurorluğunun rəhbərliyi tərəfindən qəbul edilib. 

Bakı şəhər prokurorluğunda keçirilən görüş zamanı İlyaz Seyidovun prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salınaraq, onun qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı əldə etdiyi nailiyyətlər, eləcə də uzun illər cinayətkarlığa qarşı mübarizə sahəsində peşəkar müstəntiq kimi müxtəlif kateqoriyadan olan, o cümlədən ağır və xüsusilə ağır, bağlı qalmış cinayətlərin istintaqı və bu sahədə gənc mütəxəssislərin formalaşmasındakı səmərəli fəaliyyəti qeyd edilib.

Görüş zamanı ona Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verilmiş “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim olunub. 

İlyaz Seyidov göstərilən diqqətə görə minnətdarlığını bildirərək, tədbir iştirakçıları ilə xatirələrini bölüşüb.

Sonda xatirə fotoşəkli çəkilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi