lider-media.az

Azərbaycanda uşaqlar üçün İLK: ÖDƏNİŞSİZ "Kids Style" dəb yarışı

Baxış: 666 Tarix: 14-08-2024, 16:16

 

Hər şənbə-bazar günləri MTV kanalında yayımlanan "Yeni Star" verilişi çərçivəsində ölkədə ilk olan "Kids Style Azerbaijan" layihəsinin anons çəkilişi 18 avqust tarixində baş tutacaq.

Lider-media.az xəbər verir ki, balacalar üçün nəzərdə tutulan dəb yarışmasında 3-15 yaş arası uşaqlar ÖDƏNİŞSİZ olaraq iştirak edə bilərlər.

"Yeni dəb, yeni tərz" şüarıyla keçiriləcək yarışın iştirakçıları film, klip və reklam çəkilişlərinə də yönləndiriləcəklər.

Layihə çərçivəsində Azərbaycanın tanınmış aktyorları, əməkdar artistləri, stilist, model və modelyerləri uşaqlarla məşğul olub, onları efir çəkilişlərinə hazırlayacaq.

Yarışa yaxın zamanlarda start veriləcək. 

Övladının MTV kanalında yayımlanan "Kids Style Azerbaijan" layihəsində iştirak etməsini istəyənlər 051 571 92 75 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi