lider-media.az

Kart hesabını yoxlamaq istəyən yaşlı kişini talamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Baxış: 501 Tarix: 14-08-2024, 14:19

 

Biləsuvarda kart hesabını yoxlamaq istəyən 73 yaşlı kişini talamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.

Lider-media.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə əməli törətmiş 2006-cı il təvəllüdlü C.Ağayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, kart sahibi bankomata yaxınlaşaraq digər bir şəxslə birlikdə hesabındakı məbləği öyrənmək istəyib. Bu zaman səhvən hesabdan pul çıxarsalar da bundan xəbərsiz olduqları üçün məbləğ çıxmadan oradan uzaqlaşıblar. Kənarda dayanıb baş verənləri müşahidə edən yeniyetmə isə çıxan məbləği oğurlayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi