lider-media.az

Səhiyyə Nazirliyi uşaqların immunizasiyası üzrə yeni təlimat təsdiqləyib

Baxış: 322 Tarix: 13-08-2024, 14:17

 

Azərbaycan səhiyyə nazirinin müvafiq Əmri ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə hazırlanan uşaqların immunizasiyası üzrə yeni təlimat təsdiqlənib.

Bu barədə Lider-media.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu təlimat ölkədə həyata keçirilən İmmunizasiya Proqramının əhəmiyyətli şəkildə genişləndirilməsinə təkan verəcək. Təlimatda vaksinasiyaya əks-göstərişlər və ilk dəfə olaraq gecikmiş peyvənd cədvəli haqqında müasir məlumatlar verilir

"Həmçinin peyvəndin saxlanması və daşınması, peyvənddən sonra baş verə biləcək əlavə təsirlər, peyvəndin tətbiqi üsulları daxil olmaqla keyfiyyətli immunizasiya xidmətlərini təmin etmək üçün ilkin səhiyyə xidməti səviyyəsində tələb olunan bütün məlumatları özündə ehtiva edir. Təlimatda ölkədə tətbiq olunan profilaktik peyvəndlər təqvimində əksini tapmayan vaksinlər haqqında da qısa məlumat verilir. Bu da Azərbaycanda vaksinasiya səylərinin əhatə dairəsinin genişləndirilməsinə önəm verildiyini nümayiş etdirir. Təlimatdakı müasir yanaşmaların təcrübəyə inteqrasiya olunması vaksinlər və immunizasiya xidmətləri ilə bağlı yanlış fikirlərin aradan qaldırılmasına kömək edəcək. Bununla da immunizasiya ilə əhatə səviyyəsinin yüksəlməsinə, həmçinin immunizasiyada bərabərlik məsələlərinin həllinə müsbət təsir göstərəcək".

Məlumatda qeyd edilib ki, yeni təlimat vaksinlə qarşısı alına bilən xəstəliklərdən qorunmaq məqsədilə davam etdirilən səylərimizdə mühüm addımdır:

"Bu vəsait tibb işçilərinə əsaslandırılmış qərar qəbul etmək və uşaq əhalisini mümkün olan ən keyfiyyətli immunizasiya xidmətləri ilə təmin etmək imkanı yaradacaq. Azərbaycanda immunizasiya xidməti göstərən tibb işçiləri üçün yeni vəsait gündəlik təcrübədə əsas istinad mənbəyi kimi istifadə olunaraq immunizasiya xidmətlərinin təhlükəsizlik və səmərəlilik standartlarına uyğun aparılmasını təmin edəcək".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi