lider-media.az

Mina qurbanları ilə bağlı fotolayihənin icrası davam edir

Baxış: 240 Tarix: 13-08-2024, 11:25

 

«Gilavar Foto Klubu» ictimai birliyi mina qurbanları ilə bağlı «Təhlükənin kulMİNAsiya nöqtəsi» adlı fotolayihənin icrasını davam etdirir.

Lider-media.az xəbər verir ki, bu barədə İctimai Birlik özü məlumat verib.

Layihənin əsas məqsədi cəmiyyəti mina təhlükəsi ilə bağlı maarifləndirmək, insanları mina hadisələrindən sığortalamaq, cəmiyyətə və bütün dünyaya mesaj ötürməkdir.

Layihə mina hadisələrinin ən çox baş verdiyi bölgələrdə və keçmiş cəbhəyanı ərazilərdə həyata keçirilir. Layihənin çəkiliş heyəti tərəfindən həmin rayonlara, kəndlərə səfərlər edilir, müxtəlif dövrlərdə mina partlayışları nəticəsində zərərməkmiş insanlarla görüşlər keçirilir. Peşəkar fotoqraflar tərəfindən onların düşdüyü vəziyyətlər fotolar vasitəsilə qeydə alınır, acı həyat hekayələri yazıya köçürülür.

Yekunda çəkilən fotoşəkillərdən ibarət elektron fotokitabın hazırlanması, Azərbaycanda və xarici ölkələrdə fotosərgilənin təşkili və maarifləndirici videoçarxların hazırlanması nəzərdə tutulur.

Fotolayihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. «Gilavar Foto Klubu» ictimai birliyi Agentliyin 2024-cü il üçün elan etdiyi böyük qrant müsabiqəsinin «İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə» mövzusu üzrə qaliblərindən biridir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi