lider-media.az

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsində müraciət edənlərin sayı 27000 nəfəri ötüb

Baxış: 305 Tarix: 12-08-2024, 20:05

news image

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Lider-media.az-a bildirilib ki, 12 avqust saat 18:00-dan etibarən 2024/2025-ci tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinə yekun vurulub. 29 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 27269 nəfərdən 87656 müraciət daxil olub.

Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər.

Müsabiqə nəticələrinin 17 avqust tarixində elan olunması nəzərdə tutulur. Nəticələr müraciətçilərə SMS vasitəsilə təqdim edilməklə yanaşı, www.portal.edu.az platformasındakı  “şəxsi kabinet” bölməsində də yer alacaq.

Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 27 avqust- 3 sentyabr tarixlərində baş tutması planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi