Tarixi İpək Yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri kimi tanınıb. Müasir şəraitdə ölkələr arasında əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliyinə məruz qalsa da, regional nəqliyyat dəhlizləri ümumdünya kommunikasiya sistemində çəkisini və mövqeyini qoruyub saxlayır. Qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində ölkəmizin bu sahədə rolu artır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməsinə imkan yaradır.
Son illərdə gerçəkləşdirilən beynəlxalq layihələr ölkəmizin regionun logistika məkanında liderlik mövqeyini möhkəmləndirir, beynəlxalq tranzit ölkə kimi nüfuz və əhəmiyyətini artırır.
2022-ci il iyunun 26-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət başçılarının VI Zirvə Toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın Xəzər dənizində sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün mühüm amil olduğunu qeyd etmişdi.
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində istər üzv, istərsə də müşahidəçi statusuna malik ölkələrlə əməkdaşlığı genişləndirir. Çünki bu təşkilatın da məqsədi iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.
Ölkəmizlə əməkdaşlığa bir çox dövlətlərin rəhbərləri də yüksək qiymət verir. Məsələn, Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycanla Çin arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və yüksək səviyyədə inkişaf etdiyini deyib: "Sizin Azərbaycanla Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik".
Azərbaycanın dünyada sürətlə yeniləşən, dəyişən, müasirləşən ölkə statusunun qəbul edilməsi milli qürur hissi yaratmaya bilməz. Dəyişən təkcə ölkənin siması deyil, onun yaşamaq, müasirləşmək, xoşbəxt gələcəyə layiq olmaq imkanlarını qazanmasıdır. İnsanların layiqli yaşaması əlverişli, rahat şəraitin yaradılması, Bakının beynəlxalq miqyaslı mədəni, siyasi, intellektual, dialoq, idman, tolerantlıq mərkəzinə çevrilməsidir. Bir sözlə, ölkəmiz cənab İlham Əliyevin düşünülmüş islahatları sayəsində möhtəşəm sıçrayış yolu keçərək vaxtilə ulu öndər Heydər Əliyevin dediyi kimi, sanki dünyaya günəş kimi doğmuşdur. Dövlət başçısının məhz bu uğurlarına yüksək dəyər verən Serbiya Prezidenti Aleksandar Vuçiç deyib: "...Əziz dostum, görürəm ki, indi siz Avropada çox məşhurlaşmısınız... Bu arada bilmirəm, o nə edib, amma qeyd edim ki, bunun sirrini mən də bilmək istərdim". O, Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında layihənin reallaşdırılmasında iştirakına görə dövlət başçımıza minnətdarlığını bildirərkən bu fikirləri səsləndirib. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanla Bolqarıstan Albaniya, İtaliya ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində perspektivli şəkildə layihələr həyata keçirilir.
Təbii ki, qonşu ölkələrlə əlaqələr dövlətimiz üçün hər zaman əsas prioritetlərdən biri olub və bu istiqamətdə müvafiq addımlar atılır. Rusiya, İran, Gürcüstanın rəsmiləri ilə keçirilən görüşlər bu əlaqələrin genişləndirilməsinə zəmin yaradır.
Bəli, bu gün qlobal miqyasda Azərbaycanla qonşu Gürcüstan və Türkiyə arasında ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı mövcuddur və bu əlaqələr də müsbət nəticələr verir. Burada ölkəmizdə bərqərar olan uzunmüddətli daxili sabitliyin önəmini xüsusi qeyd etmək lazımdır. Belə ki, daxili qarşıdurmaların, terror təhlükəsinin, narkoticarət marşrutunun olmadığı bir şəraitdə Azərbaycanla əməkdaşlığa maraq artır. Çünki ölkə başçısının dediyi kimi, "hamı üçün uduşlu vəziyyət yaratmağa nail olan ölkəmizdə maraqların balansı təmin edilir".


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Azərbaycan dünyanın çoxşaxəli nəqliyyat-logistika mərkəzinə çevrilir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb