lider-media.az

Faktiki hava durumu açıqlanıb

Baxış: 890 Tarix: 11-08-2024, 10:30

Avqustun 11-i saat 9:30-a olan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı: Gədəbəy, Zaqatala, Şəki, Qax, Laza (Qusar), Balakəndə 1 mm-dək olub.

Əvvəlcədən məlumat verildiyi kimi şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir Culfada 23 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Lerik, Daşkəsən, Göygöl, Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR və Aran rayonlarında 37, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi