lider-media.az

Azərbaycan İdmançısı Olimpiya üçüncüsü olub

Baxış: 616 Tarix: 10-08-2024, 22:49

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Lider-media.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı polşalı Robert Baranla üz-üzə gəlib.

Rəqibini 9:3 hesabı ilə məğlub edən idmançımız Olimpiya üçüncüsü olub.

Qeyd edək ki, bununla da Azərbaycanın Paris olimpiadasında qazandığı medalların sayı altıya çatıb. Daha əvvəl Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi