lider-media.az

“Paris-2024”: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində ilk çıxışını edib

Baxış: 397 Tarix: 10-08-2024, 17:27

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarının final mərhələsində ilk çıxışını edib.

Lider-media.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv əvvəlcə 5 halqa proqramında bacarığını göstərib.

Hakimlərdən 34.850 xal alan yığma altıncı pillədə qərarlaşıb.

Komandamız bir qədər sonra 3 lent və 2 top proqramı üzrə hərəkətləri icra edəcək.

Mükafatçılar iki proqramın nəticəsinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi