lider-media.az

ADA Universitetinin Hüquq fakültəsi bir sıra xarici universitetlərlə ikili mübadilə proqramları üzrə əməkdaşlıq edir

Baxış: 323 Tarix: 15-02-2024, 12:48


ADA Universitetinin Hüquq fakültəsi Nyu-York Universiteti, Paris-Şərq Universiteti, Svanse Universitetinin Hüquq Fakültələri ilə ikili mübadilə proqramları üzrə əməkdaşlıq edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetində təşkil edilən konfransda Hüquq fakültəsinin dekanı Rəşad İbadov deyib.

Onun sözlərinə görə, ADA Universiteti hazırda Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və digər regional məhkəmələrlə sıx əməkdaşlıq edir.

“Tədbirin təşkil edilməsi Azərbaycanda Arbitraj hüququnun inkişafı istiqamətində böyük addımdır. İştirakçılar beynəlxalq arbitraj barədə aparıcı ekspertlərdən dəyərli fikirlər əldə edəcək və bu sahə üzrə fundamental anlayışlar və perspektivlər barədə müzakirələrdə iştirak edəcəklər”, - deyə fakültə dekanı vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi