lider-media.az

Həbsxanaya telefon keçirilməsi aktının qarşısı alındı

Baxış: 313 Tarix: 9-08-2024, 15:58

 

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb.

Lider-media.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuatından bildirilib.

Məhkum Samir Xanhüseyn oğlu Məlikovla görüşə gəlmiş atası və sonuncunun azyaşlı nəvəsinin üzərinə baxış keçirilən zaman azyaşlının əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi