lider-media.az

Məcnun Məmmədov Zaqatalada vətəndaşları qəbul edib

Baxış: 505 Tarix: 9-08-2024, 15:55

 

Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zaqatala, Qax və Balakəndən, eyni zamanda Bakı şəhəri, Ağdaş, Beyləqan, Kəlbəcər, Masallı, Sabirabad, Xızı və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Lider-media.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən subsidiyaların verilməsi, işlə təminat və işə bərpa, icarəyə texnika ayrılması, dəymiş zərərin ödənilməsi, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinə köməklik göstərilməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Zaqatala DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.

M.Məmmədov səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi