lider-media.az

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya keçirilib

Baxış: 137 Tarix: Сегодня, 17:08

Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun tibb heyəti tərəfindən “Böyük Qayıdış” Proqramı çərçivəsində Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Tərtər rayonunda ikigünlük tibbi aksiya keçirilib.

Tibbi aksiya zamanı 200-ə yaxın sakin kardioloji müayinələrdən keçirilib. Şəhid ailələri və müharibə iştirakçıları da daxil olmaqla, vətəndaşlara Exo-KQ və EKQ müayinələri aparılıb, qanda şəkər və xolesterinin səviyyəsi müəyyən edilib. Sağlamlıq vəziyyətində problem aşkarlanan şəxslərə müvafiq tibbi məsləhətlər verilib və müalicə təyin olunub.

Bununla yanaşı, ürək-damar xəstəliklərinin profilaktikası, sağlam həyat tərzinin təşviqi, yüksək arterial təzyiq və infarkt zamanı ilkin tibbi yardımın göstərilməsi ilə bağlı maarifləndirici tədbir təşkil edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad edilmiş digər ərazilərdə də tibbi müayinə aksiyalarının və maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi