lider-media.az

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

Baxış: 1104 Tarix: Сегодня, 16:18

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu tarixi hadisə Azərbaycan xalqının öz Vətəninin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək uğrunda göstərdiyi fədakarlığı, əzmkarlığı və birliyi təcəssüm etdirir. Azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı istiqamətində qazanılan mühüm nailiyyətlər Azərbaycanın öz xalqı üçün sülh və rifah dolu gələcəyin təmin edilməsinə qətiyyətlə sadiq olduğunu nümayiş etdirir.

Pakistan Azərbaycanla qarşılıqlı etimada, ortaq dəyərlərə və bir-birinə davamlı dəstəyə əsaslanan uzunmüddətli qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Əminəm ki, müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirdikcə, habelə regional sülh, sabitlik və rifah kimi ortaq məqsədlərimizə doğru birgə çalışdıqca ölkələrimiz arasında dostluq və qardaşlıq bağları daha da möhkəmlənməkdə davam edəcəkdir.

Bu əlamətdar gün münasibətilə Pakistanın Azərbaycanla sıx dostluq və həmrəyliyini bir daha təsdiq edir, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, qardaş Azərbaycan xalqının davamlı tərəqqisi və firavanlığı ilə bağlı ən səmimi diləklərimi çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Asif Əli Zərdari

Pakistan İslam Respublikasının Prezidenti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi