lider-media.az

Mərkəzi Asiya Dövlət Başçılarının növbəti Məşvərət görüşü Özbəkistanda keçiriləcək

Tarix: 9-08-2024, 14:10

 

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik Qazaxıstandan Özbəkistana keçib.

Lider-media.az bu barədə Qazaxıstan Prezidenti iqamətgahının (Akorda) mətbuat xidmətinə istinadən xəbər verir.

Astanada keçirilən VI Məşvərət görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış ediblər.

K.Tokayev çıxışının sonunda Məşvərət görüşünün növbəti sədri postunda Ş.Mirziyoyevə böyük uğurlar arzulayıb.

Prezidentlər həmçinin üç sənəd, o cümlədən VI Məşvərət görüşünün yekunlarına dair Birgə Bəyanat, “Mərkəzi Asiya - 2040” Regional Əməkdaşlığın İnkişafı Konsepsiyası və “Özbəkistan Respublikası Prezidenti Mirziyoyev Şavkat Miromonoviçin Mərkəzi Asiya dövlət başçılarının fəxri nişanı ilə təltif edilməsi haqqında” VI Məşvərət görüşünün qərarını imzalayıblar.

Bundan əlavə, görüşdə Mərkəzi Asiya ölkələrinin liderləri “2025-2027-ci illər üçün regional əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”ni və “Mərkəzi Asiya dövlətlərinin sənaye əməkdaşlığının inkişafına dair 2025-2027-ci illər üçün Fəaliyyət Planı”nı təsdiq ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi