lider-media.az

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Tarix: 9-08-2024, 11:02

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 14065:2024 “Ətraf mühitlə bağlı məlumatları validasiya və verifikasiya edən orqanlar üçün ümumi prinsiplər və tələblər” və AZS ISO 14066:2024 “Ətraf mühitlə bağlı məlumatlar – Ətraf mühitlə bağlı məlumatların validasiya və verifikasiyasını edən komandaların səriştəliliyinə dair tələblər” yeni dövlət standartları qəbul edilib.

Azərbaycan Standartlaşdırma İnstitutundan bildirilib ki, AZSTAND ilə Almaniyanın Metrologiya İnstitutunun (“Physikalisch-Technische Bundesanstalt” – PTB) “Keyfiyyət infrastrukturu üçün yaşıl transformasiya” adlı birgə layihəsi çərçivəsində işlənib hazırlanan dövlət standartlarının tətbiq edilməsində əsas məqsəd validasiya və verifikasiya komandalarının, eləcə də müstəqil rəy verənlərin səriştəliliyi ilə bağlı tələbləri və ətraf mühitlə bağlı məlumatlar haqqında bəyanatların validasiya və verifikasiyasını həyata keçirən orqanlar üçün prinsipləri və tələbləri müəyyənləşdirməkdir.

Sözügedən dövlət standartları “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 09) tərəfindən müzakirəyə çıxarılıb və institut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi