lider-media.az

İqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan növbəti konfrans Naxçıvanda keçirilib

Baxış: 385 Tarix: 9-08-2024, 09:41

İqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində Azərbaycanda həyata keçirilən ardıcıl tədbirlər və yerlərdə bu sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında təşkil olunan konfransda müzakirə edilib.

Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev çıxış ediblər.

“İqlim dəyişikliyi ilə mübarizədə görülən tədbirlər və iqlim dəyişikliklərinin ətraf mühitə təsirləri, alternativ enerjidən istifadə” mövzusuna həsr edilən konfransda COP29 gündəliyindən irəli gələn məqsədlər və onların muxtar respublikada yerinə yetirilməsi ilə bağlı hesabatlar dinlənilib.

Konfrans beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin və yerli mütəxəssislərin iştirakı ilə panel sessiyalarla davam edib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naxçıvana səfəri çərçivəsində Babək rayonunun Xalxal kəndi yaxınlığında 40 hektar sahədə tikilib istifadəyə verilmiş “Naxçıvan Günəş Elektrik Stansiyası”na baxış keçirib, yaşıl enerjiyə keçid istiqamətində görülmüş işlərlə tanış olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi