lider-media.az

Bakıda “Chain Reaction 2024” tədbiri keçiriləcək

Baxış: 465 Tarix: 9-08-2024, 08:37

Bakıda blokçeyn və paylanmış reyestr texnologiyasına həsr olunmuş tədbir keçiriləcək

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və “FARI Solutions”un təşkilatçılığı ilə sentyabrın 10-dan 11-dək Bakıda “Chain Reaction 2024” tədbiri keçiriləcək.

Lider-media.az xəbər verir ki, 4SİM-nin məlumatına görə, blokçeyn və paylanmış reyestr texnologiyası (DLT), kvant informasiya sistemi, Veb3, 4-cü sənaye inqilabı texnologiyaları, süni intellekt və rəqəmsal aktivlər kimi inkişaf etməkdə olan texnologiyalara yönəlmiş 2 günlük tədbirdə 60-dan çox yerli və beynəlxalq spikerin qatılması gözlənilir. İki gün ərzində panellər, vörkşoplar və təqdimatlar da daxil olmaqla 30-dan çox müxtəlif sessiyalar təşkil olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi