lider-media.az

"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçir

Baxış: 432 Tarix: 8-08-2024, 11:49

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 81 milyon ABŞ dolları olan “Azerspace-2” telekommunikasiya peykinin sığortalanması üçün açıq tender elan edib.

Lider-media.az xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 6-na qədər “Azərkosmos”un yerləşdiyi Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 6-da, saat 13:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, "Azerspace-2” peyki 2018-ci ildə yerətrafı orbitə buraxılıb. Onun istismar müddəti 15 ildir.

“Azerspace-2” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Avropa, Orta və Cənubi Asiyanı, Yaxın Şərqi və Sub Sahara Afrikanı əhatə edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi