Su həyatdır, Tanrının bəşəriyyətə bəxş etdiyi müqəddəs nemətdir. Bu neməti qorumaq, ondan səmərəli istifadə etmək bütün zamanlarda aktual məsələ olub. Təəssüf ki,30 illik işğal dövründə mənfur ermənilər ərazilərimizdə axan çaylarımızı daim çirkləndirmişlər. Yəni Ermənistan ərazisindən keçən bütün çayları ekoloji cəhətdən çirkləndirib, ən böyük çaylarımızdan bizi məhrum ediblər. Ərazisində fəaliyyət göstərən istehsal müəssisələrinin tullantılarını axıtmaqla Oxçuçayı tamamilə yararsız vəziyyətə salınıb. Bu işdə xarici şirkətlər də ermənilərə yardım edib. Belə ki, Qarabağın yeraltı-yerüstü sərvətlərini qanunsuz şəkildə istismar edən xarici şirkətlər çaylarımıza böyük ziyan vurub.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam edir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək üçün həmin ərazilərdə su təchizatının yaxşılaşdırılması məsələsi də böyük əhəmiyyətə malikdir. Bu məqsədlə çayların suyu ekoloji cəhətdən təmizlənir, onların üzərində su elektrik stansiyaları, su anbarları tikilir. Qubadlı rayonunun ərazisindən keçən Bazarçay, yaxud Bərgüşad çayının uzunluğu 178 kilometr, hövzəsinin sahəsi 2711 kvadratkilometrdir. Orta illik su sərfi saniyədə 20,1 kubmetrə yaxındır. Bərgüşad qolu sayılan Həkəri çayı ilə birlikdə zəngin su ehtiyatına malikdir. Hər iki çayın suyunun Azərbaycanın ümumi su ehtiyatlarına əlavə olunması həmin ərazilərin, eyni zamanda ətrafdakı Zəngilan, Cəbrayıl rayonlarının əkin sahələrinin suvarılmasında, eləcə də yeni salınacaq Cəbrayıl şəhərinin əhalisinin içməli su ilə təminatında böyük rol oynayacaq. Hər iki çayın üzərində su anbarının tikintisi planlaşdırılır və bununla bağlı layihələr işlənilir.
Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından 3040 metr yüksəklikdə yerləşən Zalxa gölündən götürən Bərgüşad çayının mənbəyi Ərikli dağlarından başlayır. O, Urud kəndinə qədər Bazarçay adlanır. Dəli çay, Şəki çay, Sisyançay, Taxtakörpü çayı, Daşlıdərə çayı, Bəxtiyarlı çayı, Ağa çayı adlı qolları var.
İşğaldan azad edilmiş ərazilər təbii ehtiyatlar, biomüxtəliflik, geniş meşə əraziləri və həm də su ehtiyatları baxımından çox zəngindir. Azərbaycanda formalaşan su ehtiyatlarının 20 faizi Qarabağ və Şərqi Zəngəzurun payına düşür. Ən gursulu çaylarla əhatə olunan rayonlardan biri isə Qubadlıdır. Həkəri və Bərgüşad çayları bu rayonun ərazisindən keçərək Araza tökülür.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisindəki Həkəri və Bərgüşad çaylarını tədqiq edən hidroloq-alim Əhməd Məmmədov bildirib ki, bu çayların su ehtiyatı hesabına anbarlar yaratmaqla əhalinin suya olan tələbatını ödəmək mümkündür. O qeyd edib ki, Həkəri çayını əmələ gətirən Şəlvə və Hocazsu çaylarının birləşdiyi yerdə həcmi 70 milyon kubmetrə qədər olacaq Həkəriçay Su Anbarı yaratmaqla onun su ehtiyatından 4 milyon insanı yüksəkkeyfiyyətli içməli su ilə təmin etmək olar. Həmin anbardan gələn Həkəri-Ağdam su kəməri isə Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam və Kür-Araz ovalığında yerləşən yaşayış məntəqələrini keyfiyyətli içməli su ilə təmin etməyə imkan verəcək. Hidroloq-alim, həmçinin Füzuli rayonu ərazisində tikilməsi nəzərdə tutulan Cuvarlı Su Anbarı ilə Bakı şəhərinə özüaxar rejimdə suyun ötürülməsinin mümkün olduğunu da vurğulayıb.
Mütəxəssisin fikrincə, Füzuli şəhəri və onun ətrafında məskunlaşacaq 100 min nəfərdən ibarət əhalinin tələbatının ödənilməsi, şəhərdə yerləşən sənaye sahələrinin və yaşıllıqların suvarılması üçün təxminən 350-600 1\san sərfində suya ehtiyac var. Bu ehtiyacı ödəmək üçün ümumi həcmi 35 milyon kubmetrə çatacaq Quruçay Su Anbarının tikilməsi və həmin anbardan götürülən suyun izafi təzyiqindən istifadə etməklə gücü 1,2 meqavat (Mvt) olan Füzuli Su Elektrik Stansiyasının tikilməsi planlaşdırılır. Həmçinin su kəməri üzərində bir neçə yerdə ümumi gücü 15 Mvt olan su elektrik stansiyalarının yaradılması da nəzərdə tutulub ki, bu da 100 min nəfərə qədər əhalinin ilboyu elektrik enerjisinə olan tələbatını ödəməyə imkan yaradacaq.
Ermənistan ərazisində formalaşaraq respublika ərazisinə daxil olan Bərgüşad çayının su ehtiyatlarından daha səmərəli istifadə edilməsi məqsədilə həcmi 50 milyon kubmetrə qədər olacaq Bəxtiyarlı Su Anbarının tikilməsini məqsədəuyğun hesab edən tədqiqatçı-alim Əhməd Məmmədov bu çayın hidroenerji potensialından səmərəli istifadə etməklə gücü 10,5 Mvt olacaq Bəxtiyarlı-1 Su Elektrik Stansiyasının tikilməsinin vacibliyini diqqətə çatdırıb.
Onu da qeyd edək ki, Qərbi Zəngəzur vilayətinin Qarakilsə rayonunun Bərgüşad çayının sol sahilində Bazarçay qalası da yerləşir. Qala Urud kəndindən cənub-qərbdə, Bazarçayın sol sahilində keçilməz dağ silsiləsindədir. Bazarçay kəndi rayon mərkəzindən 24 kilometr şimal-şərqdə, Bazarçay (Bərgüşad) çayının yuxarı axarında, düzənlikdə yerləşir. Kənddə 1886-cı ildən 1918-ci ilə qədər təqribən 650 nəfər azərbaycanlı yaşayıb.
Bazarçay qalası Zəngəzurun digər qalaları kimi, orta əsrlər müdafiə tikililəri sırasında əsas yer tutur.
Mütəxəssislərin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində formalaşan su ehtiyatlarından səmərəli və kompleks şəkildə istifadə edilərsə, işğaldan azad olunmuş ərazilərdə su təminatını yaxşılaşdırmaq mümkündür ki, bununla da bölgədə əhalinin məskunlaşması sürətlənəcək, eyni zamanda turizm də inkişaf edəcək. Bu baxımdan da düşmənin illərlə qəsdən çirkləndirdiyi çaylarımız təmizlənir, bolsululuğu təmin edilir.
Nurəngiz Adilqızı.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İlham Əliyevin andiçmə mərasimi keçirilib
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb