lider-media.az

İsmayıl Berdiyevin doğmalarına və yaxınlarına

Baxış: 495 Tarix: 7-08-2024, 20:08

Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Əliyeviç Berdiyevin vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşıladım.

Hacı İsmayıl Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına sanballı töhfə verib. Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində çoxillik məhsuldar fəaliyyətinə görə o, Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.

Hacı İsmayılın dini dözümlülük və tolerantlıq, dinlərarası və sivilizasiyalararası dialoqun dərinləşdirilməsinin inkişafı istiqamətində geniş dini fəaliyyəti ona təkcə öz ölkəsində deyil, onun hüdudlarından kənarda da dərin hörmət qazandırıb.

Hacı İsmayıl ilə görüşləri və söhbətləri, xüsusən bu ilin mayında Bakıdakı sonuncu görüşü həmişə böyük səmimiyyətlə xatırlayıram. İsmayıl Əliyeviçin nurlu xatirəsi qəlblərimizdə daim yaşayacaq.

Sizə səmimi-qəlbdən başsağlığı verir və bu ağır itki ilə əlaqədar ağrı-acınızı bölüşür, sizinlə birlikdə kədərlənirəm.

Allah rəhmət eləsin!

 


İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı, 7 avqust 2024-cü il.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi