lider-media.az

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı “Açıq qapı” günü keçirilir

Baxış: 870 Tarix: 7-08-2024, 11:07

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı “Açıq qapı” günü keçirilir

Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq qapı” günü keçirilir. Abituriyentlər “Açıq qapı” günündə iştirak etməklə TAU ilə əlaqədar onları maraqlandıran bütün suallara cavab tapa bilərlər.

AzTU-dan bildirilib ki, “Açıq qapı” hər gün (şənbə və bazar daxil) saat 09:00-dan 18:00-dək davam edir. Ünvan: AzTU, Hüseyn Cavid prospekti, 25

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edib. Abituriyentlər avqustun 9-dan 19-dək ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi