lider-media.az

İki nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Tarix: 6-08-2024, 18:20

  Xəbər verildiyi kimi cari il aprelin 19-da Sumqayıt şəhəri ərazisində Hakim Məmmədov və Zərifə Məmmədovanın öldürülmələrinə dair şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. (https://genprosecutor.gov.az/az/post/7534)

  İbtidai istintaq zamanı 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun aralarında baş verən mübahisələr səbəbindən Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən mənzillərdən birində aşkar surətdə köməksiz vəziyyətdə olan atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  Toplanmış sübutlar əsasında Fikrət Məmmədova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) və digər maddələrilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  Cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi