lider-media.az

Bakıda yaşıl enerjinin ixracı ilə bağlı yeni birgə müəssisə yaradılacaq

Tarix: 6-08-2024, 16:58

 

Azərbaycan, Qazaxıstan və Özbəkistan Mərkəzi Asiya ölkələrindən Avropaya yaşıl enerji ixracı layihəsini həyata keçirmək üçün Bakıda birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.

Lider-media.az “TASS”a istinadən xəbər verir ki, bunu Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanada keçirilən ilk görüşündə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov deyib.

“Mərkəzi Asiyadan Azərbaycana və daha da Avropaya yaşıl enerji ixracı məqsədi ilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsinin icrası çərçivəsində yaxşı dinamika və irəliləyiş var. Tərəflər layihənin həyata keçirilməsi məqsədi ilə ilkin texniki-iqtisadi əsaslandırmanın aparılması üçün texniki tapşırıq barədə razılığa gəliblər. Birgə işçi qrupu Bakıda milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması ilə bağlı razılıq əldə edib”, - deyə nazir müaviqi qeyd edib.

Onun sözlərinə görə, tərəflər yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında razılaşma layihəsinin mətnini də razılaşdırıblar.

Orxan Zeynalov hesab edir ki, sənədin yüksək səviyyədə tezliklə imzalanmasının layihənin uğurla həyata keçirilməsinə töhfə verəcək

“Azərbaycandan keçən bu və digər ixrac dəhlizləri yaşıl enerjinin Mərkəzi Asiya ölkələrindən Avropaya ötürülməsi üçün geniş perspektivlər açır” – nazir müavini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi