lider-media.az

FHN-in Şimal Regional Mərkəzi təlim keçirib

Baxış: 489 Tarix: 6-08-2024, 16:55

 

Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzi tərəfindən 2024-cü ilin hazırlıq planına uyğun olaraq təlim keçirilib.

FHN-nin mətbuat xidmətindən Lider-media.az-a bildirilib ki, təlimdə FHN-in regionda fəaliyyət göstərən yerli qurumlarının xilasediciləri iştirak edib.

Təlimin keçirilməsində məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili səviyyəsinin daha da yüksəldilməsi, xilasetmə əməliyyatlarına cəlb olunan əməkdaşların nəzəri və praktiki biliklərinin artırılması, hündürmərtəbəli binalardan, mürəkkəb relyefli ərazilərdən, habelə suda boğulma təhlükəsində olan zərərçəkmişlərin təxliyəsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsindən ibarət olub.

Uğurla icra olunan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi