lider-media.az

Kənd təsərrüfatı naziri Zaqatala, Balakən və rayonlarında vətəndaşlarla görüşəəcək

Baxış: 220 Tarix: 6-08-2024, 09:47

Kənd təsərrüfatı naziri Zaqatalada vətəndaşların müraciətlərini cavablandıracaq

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov avqustun 9-da saat 09:00-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı vətəndaşların qurumun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-353-48-66) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi