Bakıda beynəlxalq logistika konfransı və sərgi keçiriləcək

Sentyabrın 17-19-da Bakıda ikigünlük formatda “Qara Dəniz-Xəzər Logistika Forumu 2024: dəhlizlər, yüklər, infrastruktur” adlı beynəlxalq konfrans və sərgi keçiriləcək.
Lider-media.az tədbirin təşkilatçılarının saytına istinadla xəbər verir ki, tədbirdə 20-dən çox ölkədən, o cümlədən Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Rumıniya, Almaniya, Belçika, Avstriya, Polşa, Litva, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, İngiltərə, Slovakiya və digər ölkələrdən 140-dan çox şirkətin iştirakı gözlənilir.
“RDL Group”un məlumatına görə, bu, Qara və Xəzər dənizlərinin logistika bazarının ekspertləri üçün platformadır.
Konfransın əsas məsələləri aşağıdakılardır:
∙ Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Middle Corridor) inkişafı üçün yeni imkanlar;
∙ Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit platforma kimi potensialı;
∙ Nəqliyyat marşrutunun həyati vacib hissəsi kimi Qazaxıstan və Gürcüstan vasitəsilə tranzit;
∙ Ukraynadakı cari vəziyyətin beynəlxalq nəqliyyat marşrutlarına təsiri;
∙ Türkiyənin logistika infrastrukturunun inkişafı;
∙ Müasir reallıqlarda Qazaxıstan, Ukraynadan taxıl və yağlı bitkilərin ixracı;
∙ Gübrələrin idxalı: əsas təchizatçılar və marşrutlar;
∙ Konteynerləşdirilmə yük axınının artımı amili kimi;
∙ Regionda dəniz limanları və terminallarının inkişafı. Tutumların yeni yüklərə uyğunlaşdırılması;
∙ Hüquqi məsələlərdə yeni tendensiyalar. Risklərin sığortalanması.
| « Октябрь 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |