lider-media.az

Azərbaycan boksçusu: Finalda məqsədim qızıl medal qazanmaqdır

Baxış: 310 Tarix: 4-08-2024, 21:30

Azərbaycan boksçusu: Finalda məqsədim qızıl medal qazanmaqdır

“İspaniyalı boksçu ilə yarımfinal qarşılaşmasında gərgin mübarizə keçdi. İnanırdım ki, finala vəsiqə qazanacağam".

Lider-media.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında finala yüksələn Alfonso Dominqes deyib.

Doxsan iki kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinal mübarizəsində əlindən gələni etdiyini bildirib: “Hər zaman ikinci nömrədə çıxış etmişəm. Son görüşdə də bunu etdim. Nəticədə qalib gəldim”.

O, final görüşündə məqsədinin qızıl medal qazanmaq olduğunu söyləyib: “Təbii ki, məsuliyyət böyükdür. Əgər qızıl medal qazansam, bu, Azərbaycanın boks üzrə Olimpiada tarixində bir ilk olacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi