lider-media.az

Zelim Kotsoyev: Duyğularımı sözlə ifadə etmək çətindir

Tarix: 4-08-2024, 11:52

Zelim Kotsoyev: Duyğularımı sözlə ifadə etmək çətindir

Lider-media.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Heydər Əliyev Beynəlxalq Aeroportunda özü üçün təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib. 100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib: “Duyğularımı sözlə ifadə etmək çətindir. Özümü çox yaxşı hiss edirəm. Vətənə qızıl medalla dönmək qürurverici hissdir. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Yarışa səkkizdəbir final mərhələsindən start verən Zelim Kotsoyev isə birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən idmançımız yarımfinala vəsiqə qazanıb. O, burada özbəkistanlı Muzaffarbek Turoboyevə də vaza-ari ilə qalib gələrək finala yüksəlib. Həlledici raundda gürcüstanlı İlya Sulamanidzeyi ipponla məyus yola salan təmsilçimiz Olimpiya çempionu olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi