lider-media.az

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb

Tarix: 3-08-2024, 19:17

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası müxtəlif statuslu seçki iştirakçılarının maarifləndirilməsi proqramı çərçivəsində “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb.

Layihə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları barədə məlumatlılığının artırılması və fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır.

Nəşrdə məntəqə seçki komissiyaları üzvlərinin seçki günü rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələri müəyyənləşdirilərək rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurların aydın, müfəssəl və əhatəli izahı verilib.

Seçki Məcəlləsinin müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası dairə və məntəqə seçki komissiyalarının üzvlərinə, müşahidəçilərə, habelə maraqlanan seçki subyektlərinə çatdırılıb.

“Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

 

 

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin

Media və kommunikasiya şöbəsi

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi