lider-media.az

Naxçıvanda ilk dəfə peşə təhsili müəssisələrinə işə qəbul imtahanı keçirilib

Baxış: 628 Tarix: 2-08-2024, 16:01

Bu gün 2024-2025-ci il tədris ili üçün Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşdirilmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Onlayn formada “portal.edu.az” elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçən 22 namizəddən 19-u müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. 150 dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas modulları, tədris metodikası və təlim strategiyaları üzrə test tapşırıqlarını cavablandırıblar.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi