lider-media.az

Tələbələrin köçürülməsi üçün müraciətlərin qəbulu başa çatdı

Baxış: 371 Tarix: 1-08-2024, 20:56

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Lider-media.az-a bildirilib ki, müraciətlərin qəbulu 25 iyul-01 avqust tarixlərində portal.edu.az vasitəsilə aparılıb. Ümumilikdə 2575 tələbə təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək üçün müraciət edib.

Növbəti mərhələdə köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılaraq müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndəriləcək. Təhsil müəssisəsi tərəfindən müraciətə müsbət cavab verildiyi halda tələbə tərəfindən yerdəyişmə istəyinin təsdiq olunması tələb olunacaq. Müraciətçi köçürülmə etmək istədiyi təqdirdə şəxsi kabinetdə “Təsdiq et”, imtina etmək istədiyi təqdirdə isə “İmtina et” düyməsini seçməlidir.
Müraciətin statusu barədə məlumat üçün tələbələr şəxsi kabinetlərini mütəmadi olaraq izləməlidirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi